Bakıda dənizdə batan futbolçunun meyiti tapılıb
18.07.2025

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb.

Visiontv.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

"Zirə" Futbol Klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, dənizdə boğulan Fərid Şahverdiyev klubun U16 komandasının üzvü olub.