Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq
09.10.2026

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında iştirak edəcək.

 Nazirlər Kabineti bununla bağlı “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nda müvafiq dəyişiklik edib.

Hazırda  Azərbaycan Ordusunu və  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və  Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu aparılır.

visiontv.az