ABŞ ordusunun istifadə etdiyi Britaniyadakı RAF Fairford hərbi bazasının İrana bağlı təhlükə ilə üzləşdiyi bildirilir. Associated Press-in məlumatına görə, adı açıqlanmayan ABŞ rəsmisi təhdidin məqsədinin amerikalı hərbçiləri öldürmək və ABŞ-yə məxsus təyyarələri məhv etmək olduğunu bildirib.
Məlumata əsasən, təhlükəsizlik narahatlıqları fonunda ABŞ Hərbi Hava Qüvvələri RAF Fairfordda yerləşdirilən B-1 bombardmançılarını ABŞ-dəki əsas bazalarına geri köçürüb. Pentaqon bütün bombardmançıların Britaniyadan çıxarıldığını təsdiqləyib.
Britaniya hüquq-mühafizə orqanları isə aviabazaya mümkün hücumla bağlı araşdırma çərçivəsində bir neçə şəxsi saxlayıb. Britaniya rəsmiləri hadisədə İranın roluna dair “güclü göstəricilər” olduğunu bildiriblər. Tehran isə bu iddialarla bağlı hər hansı iştirakını inkar edir.
visiontv.az