Azərbaycandakı seçkilərdən sonra ermənilərin - Qarabağla bağlı mövqeyi
11.02.2020

Erməni mətbuatı Azərbaycanda keçirilən parlament seçkiləri başa çatdıqdan sonra Qarabağ danışıqlarında ermənilərin mövqeyini proqnozlaşdırır.

Visiontv.az-ın verdiyi xəbərə görə, "David Şahnazaryan və Vitali Balasanyan Cenevrədəki müzakirələr zamanı Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ya Laçında ya da Şuşada birgə yaşayış üçün qəsəbələr yaratmağa razılıq verdiyini bəyan ediblər. Samvel Babayan Madrid prinsiplərini özlüyündə yeniləməyə və özünü qondarma rejimi onlardan qoruya biləcək yeganə insan kimi tanıtmağa çalışır", deyə Lragir yazır.

“David Şahnazaryanın təhlilləri Azərbaycan tərəfi və ya onları yayan dairələr üçün cəlbedici ola bilər, lakin bu təhlilin əsas çatışmazlığı onun bugünkü reallıqla əlaqəsinin olmamasıdır”,- deyə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyan bildirib. O, həmçinin Vitaliy Balasanyanın Laçında birgə yaşayış məntəqələrinin yaradılması ilə bağlı iddialarını da rədd edib.

Eyni zamanda, prezidentliyə əsas namizədlər ərazi güzəştlərindən və digər şeylərdən danışmağın ciddi olmadığına və Qarabağ probleminin həll olunduğuna dair fikirlər bildiriblər. Hətta Beynəlxalq Böhran Qrupu yalnız bir şey təklif edə bilib: Azərbaycanın məhkəməyə müraciət etməməsi üçün azad edilmiş ərazilərin məskunlaşdırılması prosesini dondurmaq.

Erməni saytı Lragir-in məlumatına görə, keçmiş müdafiə naziri Seyran Ohanyan güzəştlərin müzakirə predmeti olmadığını deyib. “Sənədə gəlincə, bu yalnız danışıqlar üçün idi, çünki danışıqlar nəyinsə ətrafında aparıla bilər. "Heç vaxt ərazi güzəştləri barədə söhbət olmayıb", Seyran Ohanyan söyləyib.

ednews.az