Azərbaycan vətəndaşları Rusiyaya səfər edərkən hansı kartlardan istifadə edə bilərlər? - AÇIQLAMA
Azərbaycan vətəndaşları Rusiyaya səfər edərkən hansı kartlardan istifadə edə bilərlər? - AÇIQLAMA
11.03.2022 MEDİA Tərəfindən

VISA, Mastercard və American Express ödəniş sistemləri Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Nəticə olaraq, Rus banklarının artıq VISA, Mastercard və American Express sistemləri tərəfindən dəstəklənməyəcəyi və ölkə xaricindən olan kartların da Rusiyada istifadəsinin mümkün olmayacağı bildirilib.

Biznes konsultant Oruc İbrahimov Visiontv.az-a açıqlamasında bildirib ki,  artıq Azərbaycan vətandaşları sahib olduqları VISA, Mastercard və American Express kartları Rusiyada istifadə edə bilməyəcəklər. Bir çox Azərbaycan Bankları artıq öz müştərilərinə Rusiyaya səfər edərkən bank kartlarında olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və ya nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edib.

Maraqlıdır, həqiqətən Azərbaycan vətəndaşları Rusiyaya səfər edərkən kartlardan istifadə edə bilməyəcəklər?

Hər zaman olduğu kimi problemdən yox, həlli yolundan danışacayıq. Bank sahəsində çalışdığım dövrdə ölkənin nağdsız ödəniş siyasətinə dəstək və ümumiyyətlə, nağdsız ödənişlərə hər zaman üstünlük verən biri kimi bu mövzu ilə bağlı kiçik tövsiyəm olacaq. Şəxsi təcrübəmdən çıxış edərək bildirim ki, hələ 2017-ci ildə bankda çalışdığımız komanda ilə birlikdə dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalamışdıq. Tərəfdaşlıq çərçivəsində banka məxsus bankomat və POS-terminallarında emissiya etdiyi kartların sayına görə dünya lideri olan "UnionPay İnternational" kartları ilə əməliyyatlar etmək mümkün idi. Bu gün artıq az sayda olsa belə Azərbaycanda bir neçə bank bu sistem ilə əməkdaşlıq edir və həmin sistemin UnionPay kartları emissiya edilir. Banklar tərəfindən bir necə növ kart buraxılır: UnionPay Classic, UnionPay Gold, UnionPay Platinum, UPİ Diamond kimi kartlar mövcüddur. Kart 1,2,3 il müddətinə valyuta olaraq AZN/USD/EUR  ilə açılır.

Qeyd olunan kartları ölkəmizdə hansı bank verir, həmçinin bu və ya digər məlumatları kartların adını axtarışa verərək əldə edə bilərsiniz.

UnionPay kartları nədir və bu bizə nə verir ?

UnionPay 2002-ci ildə əsası qoyulmuş Çinin beynəlxalq ödəniş sistemidir. UnionPay kartları həm Rusiyada, həm də UnionPay International ödəniş sistemi ilə işləməyi dəstəkləyən 180 ölkədə qəbul edilir. Mövcüd vəziyyəti nəzərə alaraq, siz artıq bu kartları sifariş edərək Rusiyaya gedib nağdsız ödəniş əməliyyatlarını öncədən yox, istənilən vaxtı və anında edə biləcəksiniz. Həmçinin istənilən zaman Azərbaycanda olan ailə üzvləri banka gedərək karta mədaxil edə bilərlər. Əlbəttə, siz ATM, terminal və ya mobil əlavə vasitələri ilə bunu hər zaman edə bilərsiniz, lakin bu, həmin kartların emissiya edilən banklarında xidmətin mövcüd olmağından asılıdır.

Orxan Kərimov