Sizlərə bu gün maraqlı bir kitab təqdim edirəm. "Dünya şöhrətli müharibə qəhrəmanı, Persiya Səfəvisi Təhmasib Qulu xanın ətraflı tarixi". Müəllifi Jan-Antuan Dü Serso olan bu kitab fransız dilində ilk nəşri olub, onu tapmadığım üçün Alman dilində təqdim edirəm.1741-ci ildə Auqsburq şəhəri, Almaniyada nəşr edilib
Mətnin içərisində Səfəvi dövlətinin əsas hərbi və siyasi gücü olan, dövləti quran türk tayfalarına münasibətdə müəllif "Kizilbaschen" terminindən istifadə edir. Müəllif qeyd edir ki, şahın sarayındakı hərbi elit qüvvə və onun əsasını təşkil edən zadəganlar türklərdir.
Səfəvi dövlətini quran və ordunun əsasını təşkil edən qüvvələrin türk tayfaları (Şamlı, Ustaclı, Qacar, Avşar və s.) yazan müəllif onları ümumi olaraq türk yox, baş geyiminə görə "Qızılbaşlar" adlandırırdılar.
Bu gün sizlərə kitabda qeydlər edilən Səfəvilər, Osmanlı və Nadir şah barədə, siyasi istiqamətdə baş verən proseslər barədə məlumat verməyəcəm. Əsas bu kitabda diqqəti çəkən məslə Dağıstan və onun əhalisi barədə fikirləri yazacam.
Kitabdan sitatlar
"Tatarlarla (müəllif Azərbaycan türklərinin avropalılarda o dövrdə ənənə halı alan tatar sözü ilə əvəz edir ki, ölkəsində söhbətin hansı millət dən getməsi məlum olsun) məskunlaşmış Dağıstan əyalətinin uzunluğu 50 mildən çoxdur. O, bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə Qafqaz dağları hüdudlanır və cənubunda isə Şirvan əyaləti yerləşir"
Fikir verin, müəllif tam araşdırmadan sonra buranın sırf türklər tərəfindən məskunlaşmasını xüsusi qeyd edir və ardınca yazır:
"Buranı idarə edən yerli hakimlər Səfəvi şahının vassalları satusundadırlar. Yəni ərazi siyasi və xəritə baxımından şaha məxsusdur."
Müəllif qeyd edir ki, Dağıstan tatarları, Rusiyanın cənuba doğru irəliləməsi yaxud Osmanlı təhlükəsi yarandıqda Səfəvi dövlətinin tərkibində qızılbaşlar ilə birgə mübarizə aparırlar.
Jan-Antuan Dü Serso kitabda burada Azərbaycan türkləri ilə yanaşı, ləzgi, avar, saxur və digər xalqların hərbi taktikalarını heyrətlə təsvir edir. O yazır ki, bu xalqlar böyük imperiya orduları ilə açıq meydan müharibəsinə girmirlər. Onlar dağlara çəkilir, imperiya ordusu dar keçidlərdən keçəndə qəfil basqınlar təşkil edir, ordunu təchizatsız qoyur və yenidən qeyb olurlar.
Müəllif yazır ki, Osmanlılar Dağıstan türklərini sünni olmasından istifadə edib Krım xanının əli ilə onları öz tərəfinə çəkib Səfəvilər ilə düşmən etməyə çalışsa da, onlar buna getməyərək Şahın döyüşçü kimi qalmağa üstünlük verirlər.
Kitab Dağıstanı xalis coğrafi və demoqrafik mənada tatarların yurdu kimi təqdim edir və onların Səfəvilərə bağlı olmasını eyni kökdən olduqları üçün birliyini təsdiq edir.
Müəllifin xüsusi diqqət verdiyi mövzu isə yerli xalqın danışıq dili idi. Dağıstan tatarlarının danışdığı dil ümumi olaraq türkcə adlandıran fransız şərqşünas burada müxtəlif dağlı xalqlarının bir-biri ilə və xarici dövlətlərlə ünsiyyət qurduğu, diplomatiya və ticarətdə istifadə etdiyi əsas ortaq dil Azərbaycan türkcəsi olmasını yazır. O eyni zamanda təsdiq edir ki, burada müxtəlif azsaylı xalqların da özlərinə məxsus dilləri var, lakin hamısı ümumi mövzularda türkcə danışır, istifadə edirlər.
Fransız yerli xalqların türklər ilə birlikdə güclü bir döyüş sistemlərinə malik olmasını qeyd edir:
" Dağıstanda yaşayan Azərbaycan türkləri və azsaylı xalqlar asanlıqla təslim olmayan, azadlıqlarına son dərəcə sadiq və mükəmməl at çapmaq, ox atmaq və qəfil hücumlar etmək məharətinə malik olan bir insanlardır"
Jan-Antuan Dü Serso bu kitabda Dağıstan türklərini siyasi baxımdan ram edilməsi ən çətin olan, hərbi baxımdan yüksək döyüş bacarığı və və regional geosiyasətdə həlledici rol oynayan strateji bir coğrafiya sakinləri kimi təsvir edir.
Prof.Dr. Zaur Əliyev
visiontv.az