Özünü peyğəmbər elan edən bir şəxsin dənizi iki yerə ayırmağa çalışdığı görüntülər sosial mediada geniş yayılıb.
Videoda ağ geyimdə olan şəxsin sahildə dayanaraq Musa peyğəmbərin dənizi ayırması möcüzəsini təqlid etməyə çalışdığı görünür.
Ətrafda toplaşan insanlar əvvəlcə onu alqışlayaraq dəstəkləsələr də, bir müddət sonra güclü dalğa şəxsi çətin vəziyyətdə qoyub və o, geri çəkilməyə məcbur olub.
Görüntülər sosial şəbəkələrdə çoxsaylı yumoristik və istehzalı reaksiyalarla qarşılanıb. Bir sıra istifadəçilər paylaşıma cavab olaraq “təbiət qanunları ilə zarafat olmaz” kimi şərhlər yazıblar.
visiontv.az