2023-cü ildə ABŞ İsraillə 2028-ci ilədək hər il 3,8 milyard dollar federal yardım ayrılmasını təmin edən memorandum imzalayıb.
Federal maliyyələşmədən başqa, ayrı-ayrı ştatlar üzrə məlumatlar da açıqlanıb.
Bu hesablamalara görə, hər il ən böyük məbləğlər aşağıdakı ştatların payına düşür:
Nyu-York - 4,8 milyard dollar
Kaliforniya - 1,68 milyard dollar
Oreqon - 947 milyon dollar
Texas - 845 milyon dollar
Florida - 461,5 milyon dollar
Nyu-Cersi - 403 milyon dollar
Corciya - 389,2 milyon dollar
Arizona - 355 milyon dollar
Açıqlanan məlumatlara görə, ABŞ federal hakimiyyəti hər il İsrailə 3,8 milyard dollar, ayrı-ayrı ştatlar isə daha təxminən 13,6 milyard dollar yönəldir.
Beləliklə, ABŞ tərəfindən İsrailə ayrılan illik maliyyələşmənin ümumi həcmi təxminən 17,4 milyard dollar qiymətləndirilir.
visiontv.az