Azərbaycan və Tacikistan müstəqilliklərinin ilk illərində İranın dəstəyinə ən çox ümid və bəlli səbəbdən haqq edirdilər. Haqq qaldı öz yerində, amma ümidlər doğrulmadı. İran Azərbaycan işğalla üzləşərkən buna nəinki laqeyd yanaşdı, hətta Ermənistana öz yardımlarını da əsirgəmədi. Eyni zamanda davamlı olaraq ölkəmizin iç işlərinə də qarışmağa çalışdı.
Tacikistanda da öncə ora müəyyən yatırım qoysa da, sonra eyni siyasəti yeritməyə başladı. Ümumiyyətlə, İran sözü gedən ölkəni vassalına çevirməyə can atdı, nəticədə dil və mədəniyyət birliyinə dayanan əməkdaşlıq sarsıldı.
Azərbaycan indiki imkanlarıyla Tacikistan iqtisadiyyatı üçün İrandan daha mühüm rol oynaya bilər. Xatırlatsaq ki, əlaqələrin ən yüksək səviyyədə olduğu vaxtlarda Tacikistanla İran arasında ticarət dövriyyəsi 300 milyon dolları keçməyib, görürük ki, bu mümkündür. Azərbaycan Prezidentinin Tacikistana səfəri göstərdi ki, iki ölkə arasında nəqliyyat-loqistika, investisiya və sənaye kooperasiyası sahəsində tezliklə konkret addımlar atılacaq. Taciksitan kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, metalların emalı özün neft-qaz yataqlarının istismarında da Azərbaycan şirkətlərinin yer almasını istəyir. Və belə görünür ki, bu istək təmin ediləcək.
Bir sözlə, cənab İlham Əliyevin Tacikistana bu səfərininin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verməklə yanaşı, Azərbaycanın Mərkəzi Asiya Dövlətləri Birliyinə göstərdiyi marağın təmin edilməsi yönündə bəzi əngəlləri də aradan qaldıracağı düşüncəsindəyəm.
Millət vəkili Sahib Alıyev
visiontv.az