Azad olunan ərazilərdə daha 35 mina aşkarlanıb
20.05.2024

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (13.05.2024 - 19.04.2024) açıqlanıb.

ANAMA-dan  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və  Zəngilanda 24 piyada əleyhinə mina, 11 tank əleyhinə mina, 16 Partlamamış Hərbi  Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 308,7 hektar ərazi mina və  PHS-lərdən təmizlənib.

visiontv.az