İranın məhkəmə sistemi rəhbəri Hörmüzdəki əməliyyatları təqdir edib
26.04.2026

İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei Hörmüz boğazında baş verən son hərbi əməliyyatları yüksək qiymətləndirib. Bu açıqlama SEPAH tərəfindən iki gəminin ələ keçirilməsindən sonra səsləndirilib.

Mizan agentliyinin məlumatına görə, o bildirib: “İran silahlı qüvvələrinin Hörmüz boğazında güc nümayişi qürurvericidir.”

“Dünən bu strateji su yolunda qaydaları pozan üç gəmi qanun çərçivəsində cəzalandırıldı,” – deyə o əlavə edib və bununla da boğazda gəmilərin saxlanılması və onlara atəş açılması ilə bağlı hadisələri təstiq edib.

Ejei ABŞ-a da xəbərdarlıq edərək deyib: “Amerikalıların Hörmüz boğazına yaxınlaşmağa cəsarəti yoxdur."

O həmçinin bildirib ki, SEPAH-ın sürətli qayıqlar və pilotsuz uçuş aparatlarından ibarət “sürü donanması” gəmilərə cavab vermək üçün hazır vəziyyətdədir.

visiontv.az