Avqustun 28-də baş verəcək qismən tutulma zamanı Ayın 90 faizdən çoxu Yer kürəsinin kölgəsinə düşəcəyi üçün onun demək olar ki, bütün səthi qırmızımtıl rəng alacaq.
Visiontv.az xəbər verir ki, bu barədə TASS-a Moskva Planetariumunun metodiki dəstək şöbəsinin rəhbəri, astronom Lyudmila Koşman məlumat verib.
"Ay yalnız tam Ay tutulması zamanı qırmızımtıl-qəhvəyi çalarlara boyanır. Bu effekt Ayın Yerin kölgəsinə daxil olması və planetimizin atmosferindən keçən Günəş şüaları ilə işıqlanması nəticəsində yaranır. Yer atmosferinin vəziyyətindən asılı olaraq, Ay tünd-qırmızı, mis-qəhvəyi və ya al-qırmızı rəng ala bilər", - deyə astronom qeyd edib.
Tutulma avqustun 28-də Bakı vaxtı ilə 05:24-də başlayacaq və 11:02-də başa çatacaq.
Avqust ayındakı Ay tutulmasını Avropada, Asiyanın qərbində, Afrikada, Şimali Amerikada, Cənubi Amerikada, Sakit, Atlantik və Hind okeanlarında, eləcə də Antarktidada müşahidə etmək mümkün olacaq.
visiontv.az