Ukrayna Ali Radası hava zərbələri səbəbindən iclası təxirə salıb
20.08.2026

Ukrayna Ali Radası avqustun 20-nə planlaşdırılan iclasını ardıcıl hava həyəcanı siqnalları və hava zərbələri təhlükəsi səbəbindən ləğv edib.

İclas qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bildirilib ki, Kiyevdə vəziyyət belə davam edərsə, parlament işinə  Ali Radanın binasından kənarda, nisbətən təhlükəsiz yerdə davam edə bilər.

Qeyd edək ki, son günlər Kiyev və ətraf vilayətlər davamlı olaraq Rusiya ordusu tərəfindən hava zərbələrinə məruz qalır. Avqustun 20-də isə daha böyük, kütləvi hava zərbələri endirilib.

visiontv.az