Avropa İttifaqı uzun müddətdən sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi. Bu qətnamənin qəbuluna Slovakiya və Macarıstan veto qoyurdu. Slovakiya Baş naziri qaz qiymətləri ilə bağlı Avropa Komissiyası ilə razılıq əldə etdikdən sonra, milli maraqlara uyğun olaraq bu qətnaməni dəstəkləyib. Macarıstan Baş naziri V. Orban isə Avropa İttifaqını tərk edəcəyi mesajını verib.
Bu iki ölkə Ukraynaya hərbi və maliyyə yardımlarına qarşı olaraq Avropa İttifaqının birliyinə zərbə vururdu. Artıq Avropa İttifaqı hərbi və iqtisadi cəhətdən güclənərək hər iki ölkəni sıxışdıraraq Rusiyaya qarşı kəskin qətnamənin qəbuluna nail oldu.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci paketi Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Həmçinin neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur. Aİ rəhbərliyi bildirib ki, məqsəd Rusiyanın müharibə imkanlarını zəiflətməkdir. Təbii ki, bu sanksiyalar Rusiyanın neft sektoruna ciddi şəkildə mənfi təsir edəcək. Demək olar ki, Qərb Rusiyaya qarşı ciddi hərbi -siyai və iqtisadi koalisiya formalaşdırır.
Rusiyanın Ukraynaya hərbi hücumunda əsas planı Qərbin birliyini və təhlükəsizlik arxitekturasını dağıtmaq idi. Hazırda Qərb daha da konsolidasiya olaraq Rusiyaya qarşı möhkəmlənir. Bununla da Avropa İttifaqı yeni hərbi və siyasi mərkəz kimi geosiyasi mövqelərini gücləndirir. Eyni zamanda, Rusiyaya iqtisadi və hərbi təzyiqləri artıraraq Ukraynada strateji məğlubiyyətə uğradır.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini
visiontv.az