Avropa İttifaqının Ermənistana 20 milyon avro vəsait ayırmasına dair danışıqlar davam etdirilir
16.04.2025

Ermənistana 20 milyon avro vəsait ayrılması üzrə Avropa İttifaqı ilə danışıqlar davam etdirilir. Biz müsbət qərarın veriləcəyinə ümid edirik.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu sloveniyalı həmkarı Tanya Fayon ilə brifinq zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir Avropa ölkələrindən birinin qərarı blokladığına dair sualına cavab olaraq qeyd edib.

Xatırladaq ki, Macarıstanın Avropa İttifaqının (Aİ) Ermənistana əlavə hərbi yardım ayırmasına blok qoyduğuna dair məlumat yayılıb.