Autizm Mərkəzinə ziyarətimiz zamanı hörmətli həmkarım Müşfiq Məməmmədli ilə mərkəzin fəaliyyəti ilə yaxından tanış olduq. Mərkəz “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yaradılmış və məqsədi autizm spektr pozuntusu olan şəxslər və onların ailələrinə dəstək verməkdir.
Birliyin sədri autizmli övladı olan Aytən Eynalovadır. Təsis edildiyi gündən autizmli şəxslər üçün xüsusi təhsil xidmətləri, onların cəmiyyətə inteqrasiyası, əmək məşğulluğu və sosial rifahı üçün çoxsaylı layihə və tədbirlər həyata keçirən İctimai Birlik gələcəkdə də fəaliyyət istiqamətlərini və əhatə dairəsini genişləndirmək üçün davamlı təşəbbüslər irəli sürür.
2013-cü ildə təsis edilmiş İctimai Birlik ötən illər ərzində Heydər Əliyev Fondu və Birinci vitse-prezident möhtərəm Mehriban xanım Əliyevanın alicənab dəstəyi ilə bir sıra uğurlara imza atmağa nail olub. 10 ildir fəaliyyət gösətərən Autizm Mərkəzinin yeni binasının açılışı 2021-ci ilin 30 dekabr tarixində hörmətli Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə baş tutmuş və mərkəzin idarəetməsi Mehriban xanım tərəfindən Birliyə həvalə edilmişdir. Müxtəlif layihələr çərçivəsində yüzə yaxın mütəxəssis hazırlığı, bir o qədər də könüllü təlimi təşkil edilib. Həmçinin bu günədək minə yaxın ali məktəb tələbəsinə, autizmli övladı olan yüzlərlə ailəyə maarifləndirmə təlimləri keçirilib.
Mərkəzi ilə tanışlıq zamanı təhsil alan uşaqlara ilə görüşüb söhbət etdik. “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçirilən işlər təqdirəlayiqdir. Bu vətəndaşlarımıza ömürboyu fasiləsiz qayğının göstərilməsi üçün isə dövlət dəstəyinin artırılması nəticəsində yeni sistemli mexanizmlərin tətbiqi daha da prioritetləşməkdədir.
Millət vəkili Vüqar Bayramov
visiontv.az