Argentina iran daxili işlər naziri Əhməd Vəhidinin həbsini tələb etdi
24.04.2024

Argentina hökuməti 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində törədilən terror aktında İranın daxili işlər naziri Əhməd Vahidinin məsuliyyət daşıdığını deyərək onun həbsini tələb edir.

Bu barədə Agentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Argentina 1994-cü ildə Yəhudi Mədəniyyət Mərkəzinə (AMİA) 85 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir, onlar isə tam cəzasız olaraq rəhbər vəzifələrini tutmaqda davam edirlər. Onlardan biri də axtarışda olan Əhməd Vahididir",- məlumatda bildirilib.

Qeyd edilir ki, Argentina ədliyyəsi tərəfindən AMİA-ya hücumun səbəbkarlarından biri kimi bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziridir və Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin üzvüdür. Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbsini xahiş edib.

Aprelin ortalarında Argentinanın Federal Cinayət Kassasiya Palatası 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində terror aktı ilə bağlı bir neçə işə baxdıqdan sonra hücumu İranın üzərinə atıb.

Xatırladaq ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin Yardımlaşma Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar.

Hal-hazırda Argentinada 230 min yəhudinin yaşadığı, bu ölkənin İsraildən qıraqda yəhudilərin ən çox yerləşdiyi 6-cı ölkə olduğuna görə, onlar daima İranın terror  hədəflərindən biri olublar.

visiontv.az