Argentina SEPAH-ı terror təşkilatı kimi tanıyıb
01.04.2026

Argentina SEPAH-ı terror təşkilatı olaraq tanıyıb.

Bu barədə  Argentina  Prezidentlik Ofisi məlumat yayıb.

Argentina 1994-cü ildə Buenos-Ayre  AMIA yəhudi ictimaiyyətinin mərkəzində törədilən partlayışda 85 nəfərin həyatını itirməsinə görə SEPAH-ı ittiham edib.

Prezidentlik ofisi  SEPAH-ın terror təşkilatları siyahısına salınmasının iqtisadi sanskiyalar və digər tədbirlərin görülməsinə imkan verəcəyini bildirib.

Qeyd edək ki, SEPAH  ABŞ və  Aİ dövlətləri də daxil olmaqla, bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.

visiontv.az