Rusiya İstintaq Komitəsi: Krımdakı hərbi təyyarə qəzasında ölənlərin sayı 30 nəfər olub
01.04.2026

Krımda baş verən hərbi nəqliyyat təyyarəsinin qəzası nəticəsində ölənlərin sayı 30-a çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaq  Komitəsinin  An-26 qəzası ilə bağlı cinayət işi açılması barədə açıqlamasında bildirilib ki, təyyarədə yeddi heyət üzvü və 23 sərnişin olub.

Daha əvvəl  Müdafiə Nazirliyi altı heyət üzvü və 23 sərnişinin ölümü barədə məlumat yayıb.

Qeyd edək ki, martın 31-də axşam saatlarında Krımın hava məkanında Rusiya MN-nin  An-26 hərbi nəqliyyat təyyarəsi ilə
əlaqə kəsilib. Daha sonra təyyarənin qayaya çırpılaraq qəzaya uğradığı bildirilib.

visiontv.az