Araz sərhəd çayı İranın ən gözəl və ən təhlükəsiz sərhəd zolağı kimi tanınır
17.04.2025

“Nasr News” saytı Araz çayından görüntülər paylaşaraq yazıb ki, “ölkənin şimal-qərbindəki Araz sərhəd çayı İranın ən gözəl və ən təhlükəsiz sərhəd zolağı kimi tanınır. Araz çayı özünəməxsus gözəlliyi ilə İranın Türkiyə, Azərbaycan və Ermənistanla sərhədinin sıfır nöqtəsi kimi xidmət edir”.

Saytın məlumatına görə, Araz hər il milyonlarla yerli və xarici turisti qəbul edən Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin təbii və tarixi turistik yerlərindən biridir.

“Araz çayı keşməkeşli tarixinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub. Bir çox məhəbbət nəğmələrinin və şeirlərinin bəstələnməsinə səbəb olub, eyni zamanda bir çox romantik hadisələrə şahidlik edib”, - deyə, vurğulanıb.

visiontv.az