Alzheimer xəstəsi rolunu canlandıran aktrisa həmin xəstəlikdən vəfat edib
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Roulands 2019-cu ildən Alzheimer xəstəliyi ilə mübarizə aparırdı.
Bildirilib ki, 94 yaşlı Gena Roulands çərşənbə günü günortadan sonra Kaliforniyadakı evində ailəsi və yaxınlarının əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa 1974-cü ildə "Təsir altında olan qadın" və 1980-ci ildə "Qloriya" filmləri ilə "Oskar"a namizəd olub. Maraqlısı ondadır ki, “The Notebook” filmində Alzheimer xəstəsini canlandıran aktrisa həmin xəstəlikdən də vəfat edib.
Visiontv.az