Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
21.07.2026

Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub.

Bunu  Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün, Sizin də iştirak etdiyiniz mərasimdə  Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olundu. Bu, hər iki ölkənin şirkətləri üçün mühüm siqnaldır və  Almaniya ilə  Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşdığımızı nümayiş etdirir”, - deyə Fridrix Merts bildirib.

visiontv.az