Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Roma Papasının xatirəsini yad edib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Allahşükür Paşazadə bu gün Müqəddəs Məryəm Ana Kilsəsinə gedərək Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Onun dəfn mərasimi aprelin 26-da keçiriləcək.