ABŞ vətəndaşlarına üç Afrika ölkəsinə getməyi qadağan etdi
20.05.2026

ABŞ Dövlət Departamenti Ebola virusunun yayılması ilə əlaqədar olaraq öz vətəndaşlarına Konqo Demokratik Respublikası (KDR), Uqanda və Cənubi Sudana getməyi qadağan edib.

Bu barədə qurumun rəsmi internet səhifəsində məlumat dərc olunub.

ABŞ  vətəndaşlarının adıçəkilən bu üç dövlətə səyahətlərinə ən yüksək - dördüncü səviyyəli məhdudiyyət tətbiq olunur. Bundan əlavə, Dövlət Departamenti  ABŞ vətəndaşlarına Ruandaya səfərdən çəkinməyi də qəti şəkildə tövsiyə edib.

Xatırladaq ki, bundan əvvəl qurum yeni epidemiyanın episentri sayılan  KDR-in İturi əyalətinə  ABŞ-lilərin səfərlərini qəti şəkildə qadağan etmiş, həmçinin bu dövlətin digər bölgələrinə və  Uqandaya planlaşdırılan səfərlərə yenidən baxılmasını məsləhət görmüşdü.

visiontv.az