Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib
20.05.2026

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərini, Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsdiq edəcək.

Prezident  İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan  Respublikasının  Xüsusi  Rabitə və İnformasiya Təhlükəsizliyi  Dövlət  Xidməti tərəfindən yeni tariflər təsdiq edilənədək onun göstərdiyi  xidmətlərin mövcud tarifləri öz hüquqi qüvvəsini saxlayır.

Azərbaycan Respublikasının  Xüsusi  Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət  Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiq edib  Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

visiontv.az