SEPAH-dan qorxunc hədə: "İrana təkrar hücum edilsə, döyüşlər Yaxın Şərq hüdudlarını aşacaq"
20.05.2026

"ABŞ və İsrailin İrana təkrar hücumu baş verərsə, döyüş əməliyyatlarının əhatə dairəsi Yaxın Şərq regionunun hüdudlarını aşacaq".

Visiontv.az  "Fars" agentliyinə istinadən bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.

SEPAH-ın iddiasına görə, əvvəlki silahlı toqquşmalar zamanı İran qüvvələri bütün potensialından istifadə etməyib.

Daha əvvəl  ABŞ  lideri   Donald Tramp bəyan etmişdi ki, İrana mayın 19-na planlaşdırılan hücumdan Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə imtina edib.

Öz növbəsində İranın  Xarici  İşlər  Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib ki, İslam Respublikası hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır və qarşı tərəfə "yeni sürprizlər" etmək əzmindədir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri  İsrael Kats  İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra  ABŞ  Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın  Ali  Lideri  Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran  ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də  Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış  Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra  İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin  22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

visiontv.az