ABŞ və Rusiya Avropanı prosesdən uşaq tutmağa çalışır
04.12.2025

ABŞ prezidenti D. Trampın xüsusi nümayəndəsi S. Uitkof və kürəkəni Kuşner Kremldə V. Putinlə görüşü baş tutdu. Bu görüş nəticəsiz olsa da, danışıqların davam etdirilməsi razılaşdırılıb. Görünür, V. Putin yenidən öz təkliflərini S. Uitkofa təqdim etməklə, D. Trampın mövqeyini gözləyəcək. Kremldə aparılan danışıqlarda Ukrayna prezidenti V. Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması danışıqlar predmeti olması istisna deyil. ABŞ nümayəndə heyəti Rusiyaya daha yaxın şəxslərdi və Kiyevə deyil, birbaşa Vaşinqtona qayıtdılar.

Qeyd edim ki, V. Putin birbaşa ABŞ-la danışıqlara gedərək, Avropa İttifaqını prosesdən çıxarır. Halbuki, Avropasız Ukrayna böhranın həlli yoxdur. Ukrayna ilə bağlı ABŞ və Rusiya 28 maddəlik "sülh planı" bunun bariz nümunəsidir. Amma, Avropa İttifaqı bu prosesi pozaraq,19 bəndlik razılaşma mətni hazırladı.

Rusiya danışırlara qatılır və sülhə hazır olduğunu görüntüsünü nümayiş etdirir. Amma, konkret öz şərtlərindən geri çəkilmir.

Hazırda Rusiya heç bir atəşkəsə getmir.Həmçinin Avropa ölkələri və Ukrayna Rusiyanın şərtlərini qəbul etmir. Çünki, Rusiyanın şərtləri güc yolu ilə sərhədlərin dəyişdirilməsidir. Bu, beynəlxalq hüququn pozulması və yeni dünya siyasi nizamında güc tətbiqinin önə çıxmasıdır. Bu da digər regionlarda yeni hərbi toqquşmalara yol aça bilər.

Ukrayna münaqişəsinin həll formulu yalnız Qərb Alyansının Ukraynada Rusiya ordusuna güc tətbiq etməklə, Rusiyanı öz şərtlərindən imtinaya məcbur etməkdən keçir. Qərb Alyansi indiyə kimi verilməyən hücum və öldürücü silahları Ukraynaya verməklə, danışıqları öz lehinə dəyişə bilər.

Hazırda ABŞ və Rusiya arasında aparılan danışıqlar müsbət nəticə verməyəcək. Yalnız tərəflərin ortaq nöqtəsi isə, atəşkəs razılaşmasına getməkdir. Atəşkəs rejimi ilə bağlı Kremldə fikir ayrılıqları yaranıb. Rusiya xarici işlər naziri S. Lavrov Aralıq sazişi imzalanması şərtini irəli sürüb.

Rusiya prezidenti Ukraynada kiçik qələbə əldə etməklə, taktiki üstünlük əldə etməyə çalışır. Rusiya taktiki üstünlük əldə etdikdən sonra, hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Məhz V. Putin Donbası Rusiyaya verməklə, Avropaya hücum etməmək barədə yazılı şəkildə müqaviləyə imza atmağa hazır olduğunu qeyd edir. ABŞ prezidenti isə, Rusiya resurslarından istifadə və Çinə qarşı birgə çıxış etməklə, Ukrayna ilə bağlı Rusiyaya güzəştə getməyə hazırdır.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az