ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21.01.2020

20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı ABŞ Konqresində növbəti bəyanat verilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Visiontv.az-a verilən məlumata görə, ABŞ Konqresinin nüfuzlu Xarici Məsələlər Komitəsinin üzvü Robert Aderholt faciə ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, bu ay bizim dost və müttəfiqimiz Azərbaycan Respublikası “Qara Yanvar” hadisəsinin 30 illiyini qeyd edir. Diqqətə çatdırılır ki, bu hadisə, 20-ci əsr ərzində davam etmiş işğalın, yəni Azərbaycan üzərində Sovet idarəçiliyinin sonunun başlanğıcı kimi simvolizə olunur.