ABŞ-dan Çinə ciddi ittiham: COVID-19 virusu Uhanda yaradılıb
04.05.2020

ABŞ dövlət katibi Mayk Pompeo əmindir ki, Çin koronavirusun süni mənşəli olması barədə məlumatları gizlədib.

Visiontv.az xəbər verir ki, bu barədə o, ABC telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi virusun Uhandakı laboratoriyada yaranması və daha sonra dünyaya yayılmağa başladığına dair ciddi sübutlara malikdir.

“Orada başladığına dair ciddi sübutlar var. Biz əvvəldən deyirdik ki, bu virus Uhanda ortaya çıxıb", - deyə Mayk Pompeo qeyd edib.

ABŞ hazırda COVID-19-dan ən çox təsirlənən ölkədir - 1,1 milyondan çox yoluxma qeydə alınıb.

Amerikalı siyasətçi əlavə edib ki, Çin hakimiyyəti virusun yayılması ilə bağlı məlumatları gizlətməyə çalışıb: “Çin Kommunist Partiyasının dünyanın nə baş verdiyini vaxtında öyrənməməsi üçün hər şeyi etdiyini təsdiqləyə bilərik. Bunun bir çox sübutu var, bəziləri ictimaiyyətə açıqdır".