90 dollarlıq maaşla necə yaşamaq olar?
08.05.2026

İranda işçilərin yaşayış vəziyyəti ilə bağlı yayımlanan yeni hesabat göstərir ki, gəlirlərlə həyat xərcləri arasındakı fərq görünməmiş səviyyəyə çatıb və işçi ailə büdcəsi üçün yaşayış minimumu artıq 71 milyon 300 min tüməni keçib. 71 milyon 300 min tümən təxminən aylıq 383 dollar edir.

Gunaz TV-nin məlumatına görə, bu ilin maaş danışıqları zamanı ailə büdcəsi üçün yaşayış minimumu ilkin hesablaması təxminən 45 milyon tümən elan edilmişdi. Lakin ilin ilk həftələrində başlayan yeni bahalaşma dalğası nəticəsində bu rəqəm 71 milyon tüməndən yuxarı qalxıb.

Bu il üçün işçilərin minimum aylıq maaşı təxminən 16 milyon 600 min tümən müəyyən edilib. Dollar məzənnəsinin 186 min tüməndən yuxarı qalxması fonunda bu maaşın dollar qarşılığı artıq aylıq 90 dollardan da aşağı hesab olunur.
90 dollar, 383 dollardan təxminən 4,3 dəfə azdır.

Yayımlanan məlumatlara əsasən, bir ədəd yumurtanın qiyməti 20 min tüməni keçib, ikinci növ İran düyüsünün kilosu təxminən 400 min tümənə çatıb, qırmızı ətin qiyməti isə hər kiloqram üçün 2 milyon 200 min tüməni ötüb.

visiontv.az