20 yaşlı Lider-Mehman Mehdiyev
01.09.2020

Geriyə çevrilib xoş anları xatırlayanda ötən illərin hədər keçmədiyini görürsən.

Lider TV-də keçirdiyim  illər də gözəl xatirələri ilə yadımdan çıxmayacaq. Burada həm müxbir oldum, həm xəbər aparıcısı, dövlət tədbirləri aparıcı kimi mənə də həvalə edildi,  prodüser kimi, eyni zamanda qrup rəhbəri vəzifələrində çalışdım.  Hansı işi gördümsə ona eyni sevgi ilə yanaşdım, ondan eyni sevgini aldım.

Əziz Lider, 20 yaşın mübarək!  Səni hər zaman zirvələrdə görməyə öyrəşmişik. Yenidən çətinlikləri geridə qoyub  bu zirvələrə qalxacağın  hər birimizin arzusudur.

Uzun müddətdir ki, efirdə yoxam,  amma əziz tamaşaçı hələ də  "siz Liderdə  aparıcı deyilsiz?" sualı ilə məni də  xatırlayırsa demək ki, zamanında bunu sən etmisən, sevimli Lider.

Bir də insanlar. O qədər gözəl insan keçdi Liderdə olduğum vaxt həyatımdan.   Hamınızı təbrik edirəm, yolu bu TV-dən keçən hər kəs!

Visiontv.az