Böyük məbləğdə investisiya qoyuluşu nəticəsində yüzlərlə layihənin açılışı Yəzdi inkişaf etməkdə olan bir iqtisadi mərkəzə çevirib.
Bu barədə SEPAH-a bağlı "Təsnim" xəbər agenntliyində məqalə və müsahibə dərc olunub.
"Ölkə iqtisadiyyatının çevikliyə, hədəflənmiş investisiyalara və yerli potensialdan istifadəyə əvvəlkindən daha çox ehtiyac duyduğu bir vəziyyətdə, inteqrasiya olunmuş idarəetməyə, strateji planlaşdırmaya və özəl sektorun fəal iştirakına əsaslanan Yəzd əyaləti ölkənin iqtisadi və sənaye inkişafının mühüm mərkəzlərindən birinə çevrilib",- məqalədə bildirilib.
Yazı da Yəzd əyalətinin iqlim şərayiti və u çatışmazlığının olmasına baxmayaraq, bölgənin iqtisadi inkişafının sürətli və hərtərəfli olduğuna diqqət çəkilib:
"Yəzd, iqlim məhdudiyyətlərinə, su qıtlığına və spesifik coğrafi şəraitə baxmayaraq, bilik əsaslı yanaşma, məhsuldarlıq və innovasiya ilə diqqətəlayiq bir templə irəliləyə bilən və məhdudiyyətlər daxilində inkişafın uğurlu modelini nümayiş etdirən bir əyalətdir".
Həmin məqalənin davamında Yəzd əyalətinin valisinin müavini Məhəmmədrza Ələmdar Yəzdinin müsahibəsi dərc olunub.
O, əyalətdə müxtəlif layihələrin açılışının sürətlə davam etdiyini bildirib:
"Hazırda ümumi investisiya həcmi 99 trilyon tüməndən çox olan 581 böyük, orta və kiçik layihənin açılışına tam hazırıq. Bu rəqəm investorların əyalətin imkanlarına geniş inamını göstərir. Cəsarətlə deyə bilərik ki, şərait elə yaradılıb ki, gündə birdən çox layihənin açılışı mümkün olsunur".
Vali müavini sənaye və mədənçilik sahəsində fiziki irəliləyişinin 50 faizdən çox olduğu təxminən 900 layihənin həyata keçirildiyini və bunun da əyalətdə istehsal sektorunun yüksək dinamizmindən xəbər verdiyini söyləyib.
"Təsnim" də dərc olunan məqalə və vali müavini Məhəmmədrza Ələmdar Yəzdinin bölgənin iqtisadi inkişafı, İranın əsas iqtisadiyyat və sənaye mərkəzinə çevrilməsi barədə mülahizələri, istər-istəəz Azərbaycan əyalətlərində mövcud olan iqtsadi vəziyyətin xatırlanmasına səbəb olur.
İran nəşrinin yazdığına və rəsmi şəxsin də təsdiq etdiyinə görə, Yəzd əyalətinin iqlm şərayiti, əsas hissəsinin səhralıq olması və su qıtlığı yaşanması, əyalətin iqtisadi inkişafının qarşısını almayıb, əksinə, sərmayələrin cəlbi və normal idarəçilik nəticəsində böhran vəziyyətindən fürsət kimi istifadə edilib.
Şərqi, Qərbi, Ərdəbil kimi Azərbaycan əyalətlərində isə əlverişli iqlim şərayiti, su qaynaqlarının olması və mnbit torpaq sahələrinin çoxluğuna baxmayaraq, həmin bölgələrdə iqtisadi durqunluq hakimdir.
Bunun müxtəlif məqsədli siyasi səbləri ilə yanaşı, həm də sərmayələrin cəlbinə, normal idarəçiliyin yaranmasına icazə verilməməsi əsas amillərdən biri hesab edilir.
Bu, o qədər açıq şəkildə həyata keçirilib və keçirilir ki, hökumətin yerli məmurları da ayrı-seçkiliyi etiraf etməyə məcbur olub, yaranmış mövcud vəziyyətin dözülməz olduğuna dair bəyanatlar səsləndirməyə başlayıblar.
Bu qəbildən olan narazılqlardan birini Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə ssləndirib.
O, İran Milli İnkişaf Fondunun Şərqi Azərbaycan əyalətinə dəstək vermədiyini və əyalətin iqtisadiyyatının 95 faizinin özəl sektorun əlində olduğunu söyləyib:
Ticarət Palatasının üzvü Məsud Binabian isə 12 böyük sərmayəçinin Şərqi Azərbaycan əyalətini tərk etdiklərinə diqqət çəkib və onların əyalətdə sərmayə qoyuluşu sahəsində problemlər yaşadıqlarına diqqət çəkib.
Qeyd olunub ki, bu həm də, Azərbaycan əyalətlərində, o cümldən Şərqi zərbaycanda özəl bankların fəaliyyətinə icazə verilməməsi ilə bağlıdır.
Ticarət Palatasının başçısı Yunis Jailə hakim vəziyyəti tənqid edərək, İran hökumətinin Şərqi Azərbaycanda özəl bank açılmasına icazə vermədiyinin səbəbini açıqlayaraq bunu "milli təhlükəsizlik"lə balı lduğunu söyləyib.
O, bundan əvvəl özəl bankların açılması ilə bağlı çox saylı müraciətləriə “bu ölkənin milli mənafeinə uyğun deyil” cavabı aldıqlarını deyib.
Bununla yanaşı Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Sabir Pərniyan isə özəl bankların bu əyalətin əhalisinin sərmayə və əmanətlərini alıb başqa əyalətlərdə xərclədiyini bəyan edərək, həmin bankların Şərqi Azərbaycan iqtisadiyyatında rollarının olduqca az olduğuna diqqət çəkib.
Şərqi Azərbaycan əyalətinin bank resurslarının gəlirləri və pullarının 90%-i Tehranda cəmləşib.
Azərbaycan əyalətlərinin iqtisadiyyatı və bank sektoruna qarşı ayrı-seçkilik dəfələrlə millət vəkillərinin də narazılığı ilə qarşılaşıb.
Təbrizin İran parlamentindəki millət vəkili Əlrza Novin bildirib ki, əyalətin bank resurslarının gəlirləri və pullarının 90%-i Tehranda cəmləşib.
"Bu problemin həlli üçün Şərqi Azərbaycan İnkişaf bankının təsis edilməsinə çalışsaq da bu günə kimi buna icazə verilməyib",- millət vəkili deyib.
Qeyd edək ki, enerji qıtlığı, əkinçilik və mədən sahəsində əlavə dəyərin aşağı olması, mütəxəssis-işçi qüvvəsinin məcburi mühacirəti, nəqliyyat yollarının natamamlığı, infrastruktur-tikinti layihələrinin yarımçıq qalması da Azərbaycan əyalətlərinin iqtisadi inkişafdan geri qalmasının əsas amillərindəndir.
İran hökumətinin yerli rəsmilərinin də etirafları göstərirki, Yəzd və başqa farsdilli əyalətlərlə Azərbaycan əyalətlərinin iqtisadi vəziyyəti və inkişafı arasında olan heyrətamiz fərqi mərkəzi hökumətin məqsədli siyasətlərinin nəticəsidir.
visiontv.az