İran üzərindən uçuşları dayandırın
13.02.2026

Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq edib.

Bu barədə  Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanının yaydığı açıqlamada bildirilib.

Qurum bildirib ki, bu tövsiyə əvvəlki təhlükəsizlik xəbərdarlığının davamıdır və 31 mart tarixinə qədər qüvvədə olacaq. 

Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanını qeyd edib ki, bölgədə geniş çeşiddə silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu, eləcə də hökumətin mümkün gözlənilməz reaksiyaları bütün yüksəkliklərdə mülki uçuşlar üçün ciddi risk yaradır.

visiontv.az