Netanyahunun paylaşdığı video İrana qarşı mümkün hərbi ssenariləri gündəmə gətirib
14.02.2026

TikTok platformasında İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən repost edilən videoda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcısı və onun Zərbə Qrupunun Ərəbistan dənizində yerləşdirilməsi fonunda İran əleyhinə mümkün zərbələrdən bəhs olunur.

Videoda aviadaşıyıcının bölgədəki mövcudluğunun regional təhlükəsizlik kontekstində müxtəlif hərbi ssenarilərlə əlaqələndirildiyi bildirilir. Paylaşımın rəsmi mövqe olub-olmadığına dair hər hansı açıqlama verilməsə də, repost sosial şəbəkələrdə diqqət çəkib və müzakirələrə səbəb olub.

visiontv.az