Böyük Britaniya Baş naziri Keir Starmerin ofisinin kommunikasiyalar üzrə direktoru Tim Allan istefa verib.
APA bu barədə BBC-ə istinadən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl Starmerin aparat rəhbəri Morqan Maksuini pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonu ABŞ-a səfir təyin etməsi ilə bağlı qalmaqalla əlaqədar istefa verib.
Visiontv.az