İran prezidenti Məsud Pezeşkian Gülüstan əyalətinə səfəri çərçivəsində tibbi xidmətlərlə bağlı keçirilən iclasda iştirak edib. İclas zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında coşqu yaradıb.
Pezeşkian, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir parça oxuyub və insanlıq, vətən sevgisi, xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralarla çıxışını müşayiət edib.
Prezidentin dilindən səslənən “Göylər bütün dumandır, günlərimiz yamandır”, “Yaxşılığı əlimizdən alıblar”, “Yaxşı bizi yaman günə salıblar” kimi ifadələr diqqət çəkib.
visiontv.az