ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Gerald R. Ford təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri Yaxın Şərqə göndərilir. Bununla bağlı. “The New York Times” qəzeti dörd ABŞ rəsmisinə istinadən xəbər verib.
Məlumata görə, gəmi heyətinə qərar fevralın 12-də açıqlanıb. Gəmi mayın əvvəlinə qədər bazasına qayıtmayacaq və bölgədə USS Abraham Lincoln ilə birlikdə Fars körfəzində zərbə qrupuna qoşulacaq.
Bildirilir ki, bu addım Donald Trump administrasiyasının İran hakimiyyətinə təzyiqi artırmaq strategiyasının tərkib hissəsidir. Ağ Ev daha əvvəl bölgəyə ikinci təyyarədaşıyan göndəriləcəyini açıqlamışdı. “Ford”un aviasiya bölməsi yanvarın 3-də Karakasda keçirilən əməliyyatda da iştirak edib.
visiontv.az