Norveç Nobel Komitəsi Nərgiz Məhəmmədi ilə bağlı İrana çağırış edib
14.02.2026

Norveç Nobel Komitəsi İran hakimiyyətini 2023-cü il Nobel Sülh Mükafatının qalibi, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb. Bununla bağlı, “Reuters” agentliyi məlumat yayıb.

Komitənin açıqlamasında bildirilir ki, 53 yaşlı fəal qadın hüquqları və ölüm hökmünün ləğvi istiqamətində fəaliyyəti səbəbindən uzun illər təzyiqlərə məruz qalıb. Son məlumatlara görə, ona əlavə olaraq 7,5 il həbs cəzası verilib.

Norveç Nobel Komitəsi “İran daxilində etibarlı mənbələrə” istinadən qeyd edib ki, Məhəmmədi dekabr ayında bir hüquq müdafiəçisinin dəfn mərasimi zamanı zorla saxlanılıb.

Açıqlamada,, Məhəmmədinin müstəqil tibbi yardıma çıxışının təmin olunması tələb edilib.

visiontv.az