Siyasi gərginliyin futbola təsiri: İran millisinə “yox” deyilir
18.02.2026

“Football 360” idman saytının məlumatına görə, İranın milli futbol komandası yoldaşlıq oyunları keçirmək üçün rəqib tapmaqda ciddi çətinlik yaşayır.

Bildirilir ki, Avropa və Afrika komandaları ilə oyunlar milli komandanın planlarında yer alsa da, aparılan danışıqların bir hissəsi yarımçıq qalıb və bəzi ölkələrlə təmaslar uğursuzluqla nəticələnib. Məlumata əsasən, İstanbul Futbol Federasiyası ilə əvvəlcədən razılaşdırılan oyuna görə İran millisi gələn ilin iyununda La Korunyadakı Riazor stadionunda İspaniyanın milli futbol komandası ilə üz-üzə gəlməli idi. Lakin son qərara əsasən, qarşılaşma ləğv edilib.

İran Futbol Federasiyası dünya çempionatında Misir komandası ilə eyni qrupda yer almanı nəzərə alaraq Afrika təmsilçisi ilə hazırlıq oyunu keçirməyi planlaşdırsa da, Tunis, Əlcəzair və Kamerun milli komandaları ilə danışıqlar nəticəsiz qalıb.

visiontv.az