İsrail hakimiyyəti İordan çayının Qərb sahilində torpaqların qeydiyyatına icazə verib
18.02.2026

İsrail KİV-lərinin məlumatına görə, təşəbbüs ədliyyə naziri Yariv Levin, maliyyə naziri Betsalel Smotriç və müdafiə naziri İsrael Katz tərəfindən irəli sürülüb. Bildirilir ki, layihənin həyata keçirilməsi ərazilərdə torpaq məsələlərinin yenidən tənzimlənməsinə imkan yaradacaq.

Nazirlərin birgə bəyanatında deyilir: “Tənzimləmə prosedurları hüquqların şəffaf və hərtərəfli şəkildə dəqiqləşdirilməsinə imkan verəcək, hüquqi mübahisələrə son qoyacaq, infrastrukturun inkişafını və torpaqların nizamlı satışını təmin edəcək. Bu qərar, Fələstin Administrasiyasının C zonasında (İsrailin nəzarətində olan ərazi) qanun və razılaşmaları pozaraq irəli sürdüyü qeyri-qanuni tənzimləmə prosedurlarına adekvat cavabdır”

visiontv.az