Ermənistan Rusiyaya siyasi motivlərlə təqib olunan şəxsləri təhvil verməyəcək
18.02.2026

Parlamentin spikeri Alen Simonyan TV Rain telekanalına müsahibəsində bildirib ki, əgər Rusiya vətəndaşlarının təqibi siyasi xarakter daşıyırsa, Ermənistan onları nə saxlayacaq, nə də Rusiyaya təhvil verəcək.

“Sizə zəmanət verirəm – siyasi səbəblərə görə heç bir şəxs nə saxlanılacaq, nə də [Ermənistandan] hər hansı üçüncü ölkəyə göndəriləcək. Bunu sizə rəsmi şəkildə zəmanət verirəm.”

visiontv.az