İranda maraqlı və qeyri-adi oğurluq hadisəsi baş verib. Məlumata görə, boş vəziyyətdə park edilmiş toy avtomobilini görən iki nəfər avtomobilə yaxınlaşaraq səs aparatını (audio sistemi) oğurlayıb.
Ancaq təxminən yarım saat sonra gənc cütlüyün toy gecəsinin musiqisiz keçəcəyini düşünən oğrular peşman olaraq geri qayıdıblar və cihazı yenidən yerinə qoyublar.
Beləliklə, həyatlarının ən yaddaqalan gününü qeyd etməyə hazırlaşan gəlin və bəy musiqisiz qalmayıb.
Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi şərhlərində yazıb ki, “kaş ki, xalqın sərvətini talayan məmurlar da ölkə və xalq qarşısında bu cür vicdanlı davranış sərgiləyərdilər”.
visiontv.az