İranın sünni din xadimi Mövləvi Əbdülhəmid bu gün Zahidan şəhərində cümə namazı xütbəsində ölkədə yanvar ayında baş verən hadisələrə toxunaraq onları "çox acı və şokedici" və "İran tarixində görünməmiş hadisə" adlandırıb.
O, hakimiyyəti bu hadisələrə don geyindirmək əvəzinə, xalqdan və kədərli ailələrdən üzr istəməyə və onların tələblərini yerinə yetirməyə çağırıb.
"Ölkədə baş verən 8 və 9 yanvar hadisələri çox acı, şok və misli görünməmiş hadisələrdir. Bəzi məmurlar bu hadisələri haqlı çıxarmağa çalışırlar.
İnsanlar 2019 və 2022-ci illərdə küçələrə çıxdılar, etiraz etdilər, onlar isə insanları öldürdülər, ancaq 2026-ci ilin yanvarında baş verən son xalq üsyanı çox ağır oldu, ölkənin müxtəlif şəhərlərində çoxlu həmvətənimiz öldürüldü və yaralandı, bəziləri həbs edildi və bir çox ailə yasa batdı",- din xadimi əlavə edib.
İŞİD və "digər qrupların" bu hadisələrdəki rolu ilə bağlı rəsmilərin bəzi açıqlamalarına cavab olaraq o, deyib: "Bəlkə də başqaları bilmir, amma biz iranlılar bir-birimizin dilini yaxşı başa düşürük. İŞİD və "digər qrup" yüz şəhərdə insan öldürmək üçün kifayət qədər gücə və qüdrətə malikdirmi? Buna görə də, rəsmilərin bu bəhanələr əvəzinə millətdən üzr istəməsi daha yaxşıdır. İnsanların qəlbi bu bəhanələrlə təsəlli tapmır".
visiontv.az