İran hakimiyyəti “xalq dəstəyi”ni yenə süni şəkildə nümayiş etdirdi
18.02.2026

İranda hər il İslam İnqilabının ildönümü münasibətilə dövlətin təşkil etdiyi mitinqlər bu il də müzakirələrə səbəb olub.

Rəsmi qurumlar tədbirlərə milyonlarla insanın qatıldığını iddia etsə də, sosial mediada yayılan görüntülər küçələrdə iştirakın gözləniləndən xeyli az olduğunu göstərir. Dövlət mediası seçilmiş kamera bucaqları və yalnız sıx toplaşmış yerlərin çəkilişi ilə kütləvi dəstək görüntüsü yaratmağa çalışır.

Hökumət hər il keçirilən bu aksiyalarda izdiham formalaşdırmaq üçün təşkilati və maliyyə resurslarından istifadə edir. Mitinqlərdə xüsusilə qadın və uşaqların ön sıralarda yer aldığı, onların əllərində bayraqlar, rejim simvolları və SEPAH komandirlərinin şəkillərinin olduğu diqqət çəkir.

Habelə, qadın iştirakçıların əllərinə “Canım rəhbərə (red. Xameneiyə) fəda olsun” kimi şüarlar yazdığı görünür.

ت

visiontv.az