İsraildə İrana casusluqda şübhəli bilinən daha bir şəxs saxlanılıb
18.02.2026

Şin Bet və İsrail polisi birgə açıqlamada bildiriblər ki, şübhəli şəxs – ərəb əsilli Fares Əbu əl-Hica – İranın kəşfiyyat orqanı ilə əlaqədə olmaqda və ölkənin keçmiş müdafiə naziri Yoav Qallant barədə məxfi məlumat toplamaqda günahlandırılıb.

Rəsmi məlumata görə, aparılan araşdırma zamanı Əbu əl-Hicanın İran kəşfiyyatı ilə təmasda olduğu və müxtəlif tapşırıqları yerinə yetirmək müqabilində pul aldığı müəyyən edilib. İttihamnamə Hayfa Məhkəməsinə təqdim olunub.

Qeyd olunub ki, təhlükəsizlik orqanları dövlətin və vətəndaşların təhlükəsizliyinə zərər vuran bu cür fəaliyyətlərə qarşı sərt mövqe tutur və cavabdehlərin mühakiməyə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək.

visiontv.az