Nəqədə (Sulduz) rayonunun Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi bildirib ki, bu rayonun Sulduz bataqlığı 15 ildən sonra ilk dəfə olaraq daşıb, nəticədə artıq su Urmu gölünə yönəldib.
Əkbər Qaimi bu barədə açıqlamasında deyib ki, son illərdə bataqlığın bəndlərinin hündürləşdirilməsi nəticəsində suyun dərinliyi artmışdı və onun ilboyu su ilə təminatı Həsənlu su anbarının kanalı vasitəsilə həyata keçirilirdi. Lakin bu il ilk dəfə olaraq bataqlıq daşma həddinə çatıb.
Onun sözlərinə görə, Sulduz bataqlığı il ərzində saniyədə 1 kubmetr su ilə qidalanır və bu il təxminən 5 milyon kubmetr su bataqlığa daxil olub.
Bataqlığın bərpası və su ilə təmin olunması Urmiya gölünün kənarında yerləşdiyi üçün həm yerli, həm də köçəri quşların məskunlaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu bataqlıq xüsusilə flaminqolar üçün mühüm qida və yaşayış mühiti halına gəlib və hər il payız mövsümündə minlərlə flaminqo burada toplanır.
Qaimi həmçinin digər bataqlıqların vəziyyəti barədə də danışıb, bu il yaz yağışları nəticəsində ümumi vəziyyət xeyli yaxşılaşıb və quşların bala çıxarma göstəricisinin 30 faizdən çox artacağı gözlənilir.
visiontv.az