Macarıstan Ukraynanın Aİ-yə üzvlük müraciətinə qarşı vetonu ləğv etdi
04.06.2026

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı müraciətinə qarşı 17 aylıq vetonu ləğv edib. Beləliklə, Kiyev Aİ-yə üzvlük barədə rəsmi danışıqlara başlamaq imkanı əldə edəcək.

Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Peter Madyarın rəhbərlik etdiyi yeni hökumət həm Ukrayna, həm də qonşu Moldova üçün danışıqlar prosesinin başlamasına icazə verəcək.

Madyar vurğulayıb ki, Macarıstan  Ukraynadakı macar azlığının hüquqlarının genişləndirilməsi müqabilində Kiyevin mövqeyini dəstəkləyəcək. Söhbət  Brüsselin iştirakı ilə bir neçə həftə ərzində müzakirə olunan dil, təhsil və mədəniyyət sahəsindəki zəmanətlərdən gedir. Bununla yanaşı, Peter Madyar bu yaxınlarda bir daha bildirib ki, Zakarpatiyada yaşayan etnik macarların hüquqları tam bərpa olunmadan onun ölkəsi Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqların başlamasına tərəfdar çıxmayacaq. O, bu məsələnin  Budapeşt üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

visiontv.az