Qorqan şəhərində İslam Respublikasına dəstək məqsədi ilə keçirilən aksiya zamanı ölkənin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin maketi yandırılıb.
Sosial mediada yayılan görüntülərdə etirazçıların Zərifi simvolizə edən maketə od vurduğu əks olunub.
Hadisədə diqqət çəkən məqamlardan biri maketin üzərinə ABŞ və İsrail bayraqlarının yerləşdirilməsi olub. Bu addım aksiya iştirakçılarının keçmiş diplomatın siyasətini Qərblə yaxınlaşma xətti ilə əlaqələndirməsi kimi dəyərləndirilir.
Qeyd edək ki, Zərif uzun illər İranın xarici işlər naziri vəzifəsində çalışıb və xüsusilə Qərb ölkələri ilə nüvə danışıqlarında əsas fiqurlardan biri kimi tanınıb.
visiontv.az