Məkkə yaxınlığındakı Mina bölgəsində keçirilən "Şeytanın daşlanması" mərasimi zamanı iranlı qadın zəvvarın davranışını əks etdirən görüntülər sosial mediada geniş yayılıb.
Məlumata görə, videoda iri bədən quruluşlu qadın zəvvarın Cəmarət sütunlarına sürətlə daş atdığı, bu zaman "Allahu Əkbər" şüarı səsləndirdiyi və İsrail əleyhinə çağırışlar etdiyi görünür.
Yayılan görüntülər çoxsaylı istifadəçilərin diqqətini cəlb edib, bəzi ərəb media orqanlarında da işıqlandırılıb.
Qeyd edək ki, "Şeytana daş atma" və ya "Rəmyül-cəmarat" ritualı Həcc ziyarətinin əsas mərasimlərindən biridir.
visiontv.az