İran millisində maliyyə və viza böhranı
03.06.2026

İran Futbol Federasiyasının rəhbəri milli komandanın maliyyə böhranı və viza qeyri-müəyyənliyindən danışıb.

Gunaz TV-nin məlumatına görə, İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bildirib ki, maliyyə problemləri 2026-cı il Dünya Çempionatına hazırlıq prosesində milli komandaya ciddi təsir göstərir.

O deyib: “Milli komanda yaxşı vəziyyətdədir, amma maliyyə çətinlikləri komandaya ciddi şəkildə təsir edir. Müxtəlif milli komandaların xərcləri dollarla hesablanır. İdman Nazirliyi bizə 200 milyard tüməndən az yardım edib.”

Tac həmçinin Dünya Çempionatında iştirak üçün milli komandanın vizaları ilə bağlı bildirib ki, komanda üzvləri üçün ABŞ və Meksika vizaları hələ də verilməyib və federasiya bu məsələ ilə bağlı FIFA-nın qərarını gözləyir.

Bu açıqlamalar Dünya Çempionatının başlamasına cəmi iki həftə qaldığı bir vaxtda verilib. İran yığmasının yarışlara vaxtında qatılıb-qatılmayacağı ilə bağlı qeyri-müəyyənlik davam edir.

Eyni zamanda, İran mediası xəbər verib ki, Sərdar Azmunun adı FIFA-ya göndərilən ilkin siyahıda olmadığı üçün onun 2026-cı il Dünya Çempionatında iştirakı mümkün olmayacaq.

İran milli komandası Dünya Çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə mübarizə aparacaq.

visiontv.az